Azərbaycanın FIFA referisi Avropa çempionatının final mərhələsinə təyinat alıb
- 5-03-2025, 15:17
- 1 099
FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.
I kateqoriyaya malik ədalət təmsilçisinin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.Avropa çempionatının final mərhələsi iyunun 11-28-i aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.