Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək
- 4-02-2025, 09:08
- 1 132
Bütün qarşılaşmalar eyni gündə təşkil olunacaq.
UNEC - "Gəncə" matçı saat 15:00-da, “Azərreyl” - “Abşeron” görüşü 16:00-da, “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” oyunu isə 18:00-da start götürəcək.
Birinci qarşılaşma UNEC-in idman zalında, digərləri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.