Yeniyetmələr arasında Qış Olimpiya Oyunları İtaliyada keçiriləcək
- 30-01-2025, 18:51
- 713
Bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) növbədənkənar sessiyasında qəbul edilib.
Yarış ölkənin şimalındakı Valtellina Dolomites bölgəsində baş tutacaq. İtaliyanın müraciəti dekabr ayında BOK-un icraiyyə komitəsi tərəfindən təsdiqlənib.
Yeniyetmələrin Qış Olimpiya Oyunları dörd ildən bir keçirilir. Ötən il yarışa Cənubi Koreya ev sahibliyi etmişdi.
Növbəti Qış Olimpiya Oyunları 2026-cı ildə reallaşacaq.