"Bavariya" 19 yaşlı futbolçu ilə razılaşdı
- 21-01-2025, 17:30
- 828
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Münhen təmsilçisi "Hoffenhaym"ın 19 yaşlı futbolçusu Tom Bişovun transferini açıqlayıb.
Almaniyalı yarımmüdafiəçi ilə 2029-cu iilin iyununa qədər sözləşmə imzalanıb. Ancaq futbolçu mövsümün sonuna qədər "Hoffenhaym"da çıxış edəcək.
Qeyd edək ki, Tom Bişov "Hoffenhaym"da bu mövsüm 24 oyuna 2 qol vurub, 3 qol ötürməsi edib.