“Qarabağ” fransalı hücumçunu istəyir
- 15-01-2025, 11:45
- 825
Bu barədə Polşanın “goal.pl” portalı məlumat yayıb.
Ağdam təmsilçisi “Legiya"nın fransalı hücumçusu Migel Alfarelanı transfer etmək istəyir.
Polşa təmsilçisinin 27 yaşlı futbolçuna başqa təkliflər də var.
Alfarela ötən yay 1 milyon avroya Fransanın “Bastiya” klubundan “Legiya”ya keçib. Onun paytaxt təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Transfermarkt portalı forvardın bazar dəyərini 600 min avro qiymətləndirir.