DÇ-2034-ün oyunları zamanı stadionlarda spirtli içki qəbul etmək qadağan olunacaq
- 17-12-2024, 17:52
- 1 351
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
FIFA yerli qanunvericiliyə zidd olduğu üçün mundial oyunlarında pivə satışını turnirin Təşkilat Komitəsi ilə müzakirə etmək fikrində deyil.
Ali futbol qurumu 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatında yaranmış vəziyyətdən nəticə çıxarıb. Qurum həmin vaxt stadionlarda pivə satmaq hüququ əldə etsə də, sonradan Əl-Tani ailəsinin təzyiqi ilə icazə ləğv edilib.
Beləliklə, FIFA pivə istehsal edən şirkətə 40 milyon funt-sterlinq məbləğində təzminat ödəməli olub.
Qeyd edək ki, dekabrın 11-də DÇ-2034-ün Səudiyyə Ərəbistanında keçiriləcəyi təsdiqlənib.