AVRO-2026: Azərbaycanın futzal millisi əsas mərhələdə mübarizəyə başlayır
- 17-12-2024, 09:24
- 1 500
Vitali Borisovun baş məşqçisi olduğu yığma İsveçi qəbul edəcək.
Bakı İdman Sarayında reallaşacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Görüşü Qazaxıstandan olan Aslan Qalayev, Turexan Tursumbayev və Nurlibek Kalimaqanbetov idarə edəcəklər.
Qeyd edək ki, skandinaviyalılar 5-ci qrupdakı ilk matçda Yunanıstana uduzublar - 1:4.