Hakimlər otağına hücum çəkən məşqçiyə ağır cəza
- 5-12-2024, 18:28
- 1 065
Komitə bir məşqçi və bir futbolçunu cəzalandırıb.
“Zirə” ilə görüşdə hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlədən “Sumqayıt”ın baş məşqçisi Kənan Hacıyev 5 oyun cəzalandırılıb.
“Zirə”nin futbolçusu Hüseyn Ağaverdiyev isə qələbəni “Sumqayıt”ın texniki zonasının qarşısında qeyd etdiyinə görə 2-si şərti olmaqla 3 oyunluq diskvalifikasiya olunub. Sınaq müddəti 3 ay təyin edilib.