“Budyo Qlimt” - “Qarabağ” oyununun hakimləri bəlli oldu
- 5-11-2024, 14:19
- 1 240
Qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Matçı FIFA referisi Luis Godinho idarə edəcək. Ona Rui Teixeira və Pedro Almeida köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andre Narciso yerinə yetirəcək. VAR-da Hugo Miguel, AVAR-da Fabio Oliveira Melo əyləşəcəklər.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” - “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.