Britaniyalı boksçu ağır çəki üzrə dünya çempionu OLDU
- 22-09-2024, 12:00
- 1 032
Londonda "Uembli" stadionunda keçirilən 12 raundluq döyüşdə Dyubua üç versiya üzrə sabiq dünya çempionu, həmyerlisi Entoni Coşuanı beşinci raundda nokautla məğlub edib.
Dyubua iyunun 2-də keçirdiyi son döyüşdə xorvatiyalı Filip Hrqoviçi səkkizinci raundda texniki nokautla məğlub edərək IBF-nin müvəqqəti dünya çempionu adını qazanıb. 27 yaşlı britaniyalının hesabında indi 22 qələbə (21-i nokautla), 2 məğlubiyyət var.
34 yaşlı Coşuanın hesabında indi 28 qələbə (25-i nokaut), 4 məğlubiyyət var.