“Qarabağ” - “Dinamo” matçı məşhur hakimə tapşırıldı
- 26-08-2024, 15:15
- 1 186
Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Oyunu tanınmış referi Maykl Oliver idarə edəcək. Ona yan xətdə Stuart Burt və Lee Betts kömək edəcək. Kris Kavanaq isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud iş başında olacaq.
Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:45-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında Zaqrebdə keçirilən ilk oyunda “Dinamo” 3:0 hesablı qələbə qazanıb.