Həsrət Cəfərovun rəqibi bəlli oldu 8-08-2024, 14:07 670 İdman Azərbaycan güləşçisi Həsrət Cəfərovun Paris Yay Olimpiya Oyunlarındakı rəqibi bəlli olub. Gənc idmançımız bürünc medal uğrunda qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gələcək. Qeyd edək ki, Həsrət Cəfərov yarımfinalda Ukraynanı təmsil edən həmyerlimiz Pərviz Nəsibova məğlub olub.