Azərbaycanın üç idmançısı mübarizəyə başlayır - Paris-2024
- 28-07-2024, 10:00
- 1 080
İlk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.
Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya), Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/16 finaldan başlayacaq.
Boksçuların mübarizəsində Azərbaycan təmsilçisi Alfonso Dominqes (92 kq) Xulio Sesar la Krusla (Kuba) qarşılaşacaq. İdmançımız yarışa 1/8 finaldan qoşulacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.