Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır
- 12-04-2024, 09:56
- 656
Millimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Çili ilə üz-üzə gələcək.
B qrupu çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 13-də Monqolustan və Hollandiya yığmaları ilə münasibətləri aydınlaşdıracaq.