Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
- 22-03-2024, 11:15
- 781
Bu gün startı veriləcək yarışda yığmanın 5 idmançısı qüvvəsini sınayacaq.
Elvin Astanov, Ömər Bozbaxov, Orxan Qasımov, Məhərrəm Qasımov və Elmir Cəbrayılov baş məşqçi Oleq Panyutinin rəhbərliyi altında fəxri kürsüyə qalxmaq uğrunda yarışacaqlar.
Martın 24-dək davam edəcək Qran-pri 17-25 may tarixlərində Yaponiyanın Kobe şəhərində baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.