AFFA “Neftçi” və “Qarabağ”ı cəzalandırdı
- 5-03-2024, 12:57
- 823
Premyer Liqanın XXV turunda keçirilən oyunda fanatlar rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətdikləri üçün AFFA İntizam Komitəsi hər iki komandaya 1000 manat cərimə kəsib.
Bundan başqa, “Neftçi” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, matçın ardından meydana kənar şəxslərin daxil olması ucbatından isə 800 manat cərimə olunub.
Qeyd edək ki, “Neftçi Arena”da keçirilən görüşdə “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.