"Neftçi" - "Qarabağ" oyunu baş tutacaq
- 3-03-2024, 10:20
- 1 231
Son olaraq iki oyun gerçəkləşəcək.
Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 15 xalla sonuncu, paytaxt klubu 34 xalla 6-cı pillədə qərarlaşıb.
Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. "Neftçi" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. "Ağ-qaralar" 36 xalla ikinci sırada yer alıb, "köhlən atlar" 57 xalla liderdir.