Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin yeni heyətində yer almayacaq
- 19-02-2024, 16:15
- 519
"Report" xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti də olan Mahir Məmmədov bu vəzifədən getmək fikrində olduğunu söyləyib: "Ölkədə şahmatın səviyyəsinin artmasını, işlərimizin vacibliyini nəzərə alaraq bu qərara gəldim. Bütün ictimai işimi bu sahəyə yönəltmək, cəmləşdirmək niyyətindəyəm".
Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçirilməsi planlaşdırılır.