Səudiyyə Ərəbistanı şahzadəsi Mbappe ilə maraqlanır
- 26-01-2024, 09:25
- 788
Bu barədə “Report” “RMC Sport”a istinadən xəbər verir.
“Əlbəttə ki, onu bəyənirik. Kilian Mbappe yaxşı oyunçudur, güclüdür və ümid edirəm ki, onu Səudiyyə Ərəbistanında, çempionatımızda istənilən komandada görəcəyəm”, - o deyib.
Xatırladaq ki, daha əvvəl Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrılaraq karyerasını “Real Madrid”də davam etdirə biləcəyi barədə xəbərlər yayılıb.
Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin sonuna qədərdir. Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir. Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 26 oyun keçirib, 28 qol vurub və 6 məhsuldar ötürmə edib.