“Fənərbaxça” - “Qalatasaray” matçı baş tutmadı - Yenilənib
- 29-12-2023, 23:22
- 1 126
Buna səbəb matçın keçiriləcəyi Səudiyyə Ərəbistanında hökumətin meydana komandaların “Atatürk” yazılı köynəklərlə çıxmasına icazə verməməsidir.
21:45-də başlamalı olan matçın təxirə salınacağı gözlənilir. Hər iki komanda rəhbərliyi “Atatürk” yazılı köynəklərə icazə verilməyəcəyi halda meydana çıxmayacaqlarını bildirib.
***
"Fənərbaxça" - "Qalatasaray" matçı nəzərdə tutulduğu kimi 21:45-də başlamayıb. Türkiyə mətbuatının yazdığına görə, komandalar hələ ki, olduqları oteli tərk etməyib.
***
Oyunun başlanma saatından bir qədər sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib.