İlin ən yaxşı qapıçıları onlar SEÇİLDİ
- 27-12-2023, 11:11
- 899
Kişilərdə bu nominasiyaya İngiltərənin “Mançester Siti” klubunun qolkiperi Ederson layiq görülüb.
Otuz yaşlı braziliyalı 145 xalla hər kəsi qabaqlayıb. “Aston Villa”dan Emiliano Martines ikinci, “Real Madrid”dən Tibu Kurtua üçüncü olub.
Qadınlarda isə bu ada 164 xalla “Mançester Yunayted”in qapıçısı Mari Earps layiq görülüb. “Barselona”dan Sandro Panos ikinci, “Çelsi”dən Zekira Musoviç üçüncü yeri tutub.