SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dələduzun qurbanları danışdı - Kəlbəcərlilərin pulunu mənimsəyən sabiq DSMF işçisi böhtana keçir

Dələduzun qurbanları danışdı - Kəlbəcərlilərin pulunu mənimsəyən sabiq DSMF işçisi böhtana keçir

Tarix:

20-06-2017, 10:36

/ 59 297 dəfə oxundu.
Dələduzun qurbanları danışdı - Kəlbəcərlilərin pulunu mənimsəyən sabiq DSMF işçisi böhtana keçir

Kəlbəcər rayonu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sabiq əməkdaşı Qalib Bayramovun dələduzluğunun qurbanına çevrilən bir qrup kəlbəcərli məcburi köçkün müraciət edib.

Onlar bildirib ki, Kəlbəcər rayonu Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı Qalib Bayramov şəhid ailələrini, eləcə də xəstə, şikəst və kimsəsiz insanları aldadaraq, onların külli miqdarda pulunu mənimsəyib.

Həmin müraciəti təqdim edirik:

“Hörmətli redaksiya, bildiririk ki, Kəlbəcər rayonu Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı Qalib Bayramov hamımızı aldadıb, işədüzəltmə, pensiya və digər adlarla pullarımızı əlimizdən alıb və mənimsəyib. Kəlbəcərin məcburi köçkünləri arasında Qalib Bayramovu tanımayan yoxdur. O özünü iş düzəldən, əli hər yerə girən adam kimi göstərərək, əlilliyi olmayan insanlara pensiya və işə düzəltmək adıyla onların külli miqdarda pulunu ələ keçirib. Qalib Bayramov 2-3 il yalan vədlər verməklə, başımızın altına yastıq qoyub, vətəndaşları aldatmaqla məşğul olub. Təxminən 50-yə yaxın kəlbəcərli ondan pulunu almaq üçün hətta dəfələrlə atası Əli Bayramovun yanına gedib. Atası isə dələduz oğlunu tənbeh etmək əvəzinə, qapısına gələn köçkünləri qovub. Onun cinayətkar əməlləriylə bağlı çarəsiz qalıb hüquq-mühafizə orqanlarına müraciət etdik.
Oğlunun məsuliyyətə cəlb olunmasından sorna əl-ayağa düşən atası isə rayonun hörmətli şəxslərinə qara yaxma kampaniyasına başladı. Dələduzlara meydan verən reket media orqanlarına müsahibələr verən Əli Bayramov oğlunun həbsinin səbəbi kimi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovu və rayonun millət vəkili Cavid Qurbanovu hədəfə alaraq, şət-böhtan kampaniyasına başlayıb. Guya, oğlu vətəndaşları aldadıb, aldığı pulları vəzifəyə təyin olunmaq üçün aparıb icra başçısına verib. Nəzərinizə çatdıraq ki, bu dələduzlardan fərqli olaraq, biz bilirik ki, məcburi köçkün rayonlarında elə bir vəzifəli iş yoxdur. İdarələr kompakt formada formalaşıb. Belə idarələrdə isə 500 min manatlıq hər hansı bir vəzifə yoxdur ki, bu pulu verib o vəzifəyə təyinat alasan.
Biz onu da bilirik ki, möhtərəm prezidentimiz İlham Əliyev bu cür korrupsiyayla məşğul olanların kökünü hələ 2015-ci ildə kəsib. Ağlı başında olan hər kəs bilir ki, işə düşəlmə artıq kompüter üzərindən həyata keçirilir.
Onun millət vəkilinə qarayaxması isə oğlunun dələduzluğunu ört-basdır etmək üçün lazımdır. Millət vəkilimiz Cavid Qurbanovun bu işdə adının hallandırılması isə ağlabatan və inanılan deyil. Ən azı ona görə ki, son 20 ildə Cavid Qurbanovun həmyerliləri üçün etdiklərini nəinki, kəlbəcərlilər, hətta ölkənin ən ucqar bölgəsində yaşayanlar da bilir. Milli Məclisdə Mehriban Əliyeva, Cavid Qurbanov kimi az deputat tapılardı ki, seçiciləri üçün bu qədər işlər görsün.
Bu günədək yüzlərlə xəstəni müayinə və müalicə etdirən, özəl ali məktəblərdə təshil alan yüzlərlə tələbəni oxutduran, şəhid ailəsinə, Qarabag əlilinə dayaq olan Cavid Qurbanovu hər kəs hörmətlə qarşılayır. Qürur duyuruq ki, bizim Cavid Qurbanov kimi həmyerlimiz və millət vəkilimiz var.
Biz zərərçəkmişlərin adından bildiririk ki, necə olur ki, dələduzluqla kasıb köçkünün əlindəki son pulunu da mənimsəyən Qalib Bayramovun həbsi sifarişli osun? Bu mümkün deyil. O etdiklərinin cəzasını aldı. Çünki onun dələduzluğunun qurbanı olanlardan istintaq və məhkəmədə ifadə verən 50-yə yaxın zəzərçəkmiş var. Kəlbəcər kiçik bir rayondur, hamı da bir-birini yaxşı tanıyır.
Qalib Bayramov izahatlarında vətəndaşlardan pul aldığını etiraf edərək, pulu qaytarmaq üçün müddət də istəyib. Bildiririk ki, əgər o, vaxtında aldatdığı pulları qaytarsaydı, haqqında nə şikayət edərdik, nə də cinayət işi açılardı. Onunla üzləşdirilənlərdən Kəlbəcər rayon Zar kənd sakini Nəcəf Əliyevdən 5 min AZN aldığını məhkəmədə etiraf edib. Onun əməlindən sonradan xəbər tutduq. Məlum oldu ki, dələduzun 100 nəfərdən çox qurbanı var. 50 nəfərə yaxın məcburi köçkün hüquq-mühafizə orqanlarına müraciət etdik.
Dəfələrlə ona möhlət verdik ki, pullarımızı qaytarsın. Lakin o yenə pul aldığı insanları aldatdı. Camaatdan aldığı pullarla il ərzində bir neçə dəfə xarici ölkələrə səfər edib, istirahətinə xərclədi. Axı aldatdığın insanlar sənə pulu istirahət üçün verməmişdi.
Qalib Bayramovun dələduzluğunun qurbanı olanlardan, zərərçəkən, şəhid ailəsinin üzvlərindən Əsgərova Hümayədən 6 000 AZN, Əsgərova Reyhandan 2500 AZN, Əsgərova Gülnarədən 3500 AZN, Əsgərova Kəmalədən 5000 AZN, İsmayıl Qaçaydan 5500 AZN, Cabbarov Vüqardan 2500, Hümbətov Pəhlivandan 10 000 AZN, ağır şəkər xəstəsi, şikəst, yetim saxlayan Rəcəbova Radədən isə 15 000 AZN alaraq, üst-üstə 50 000 AZN mənimsəyib. Özü də həmin şəxslərin adına müxtəlif banklardan pul götürüb elə oradaca götürüb gedib. Üst-üstə kəlbəcərliləri 300 min AZN aldadan bu adam insanları bankın əlində qoyub.
Düşünürük ki, şəhid ailəsini, eləcə də xəstə və əlil insanları aldadaraq, əlində-ovcunda olan son qəpiyini şəxsi məqsədləri üçün mənimsəyən şəxslərin yeri həbsxana olmalıdır. Bu cür insanların öz pis əməllərini ört-basdır etmək üçün tanınmış, nüfuzlu və hörmətli şəxslərə qarşı başladıqları şər-böhtan kampaniyasının qarşısı isə alınmalıdır”.

Gununsesi.info

Şərhlər

XƏBƏR LENTİ