SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtdı

AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtdı

Tarix:

20-06-2017, 09:16

/ 41 094 dəfə oxundu.
AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtdı

Pekindən Bakıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, havaya qalxdıqdan sonra “Boeing 767” hava gəmisinin komandiri geri qayıtmağa qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

Şərhlər

XƏBƏR LENTİ