SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Heydər Əsədovun nazirliyi uğrunda didişmə: Aqrar sektor savaşına generallar da girişib

Heydər Əsədovun nazirliyi uğrunda didişmə: Aqrar sektor savaşına generallar da girişib

Tarix:

24-01-2017, 09:15

/ 1 727 dəfə oxundu.
Heydər Əsədovun nazirliyi uğrunda didişmə: Aqrar sektor savaşına generallar da girişib

Kənd Təsərrüfatı Nazirliyi (KTN) uğrunda hakimiyyət daxili qruplaşmalar arasında çəkişmələr gedir

Bilgiləndirən qaynağın sözlərinə görə, İsmət Abbasovun istefaya getməsi ilə nazirliyin ələ keçirilməsi savaşı səngiməyib. Heydər Əsədovun nazir postuna gətirilməsindən sonra da bu mübarizə davam edib.

KTN kimi nəhəng bir stukturun və aqrar sektorun bir əldə cəmləşməsi üçün iqtidarda yüksək ranqlı məmurların arasında toqquşmalar yaşandığı bildirilir.

Onların arasında generalların olduğu da iddia edilir. Bu didişmə və toqquşmaların məqsədi məhz ən gəlirli sahələrdən olan aqrar sektorda pay sahibi olmaqdır.

İsmət Abbasovun gedişi ilə buna nail olacağını düşünən qüvvələr Heydər Əsədovun vaxtında da çırmanmalı olub. Onların adları redaksiyamıza bəlli olsa da, dəqiqləşdirmələr apardığımız üçün açıqlamırıq.

Bəzi qüvvələrin İsmət Abbasovdan sonra planları alt-üst oldu. KTN rəhbərliyinə nəqliyyat nazirinin qudası Heydər Əsədov gətirildi. Bu təyinat KTN-nin ələ keçirilməsində iştirak edənlər üçün gözlənilməz idi.

Bilgiləndirən qaynağın sözlərinə görə, mübarizə yenidən alovlanıb. İqtidardakı qruplar hər vəchlə bu sektoru tamamilə nəzarətə götürmək istəyir.

Onu da deyək ki, İsmət Abbasovun kəndə təsərrüfatı sahəsindən imtina edib. Bu da səbəbsiz deyil. O, baş nazirin müavini təyin edilməmişdən əvvəl kənd təsərrüfatı naziri olub. Onun yerinə təyin edilən Heydər Əsədov bu sahədə ciddi nöqsanlar aşkarlayıb.

Kənd təsərrüfatı naziri olmamışdan əvvəl Hesablama Palatasının sədri vəzifəsində çalışan və peşəkar təftişçi olan Heydər Əsədov bu sahədə yoxlamalarını hələ də davam etdirib.

Təbii ki, aşkar edilən qanunsuzluqlar, maxinasiyalar İsmət Abbasovun dövrünə aiddidir. Bu halda əlbəttə ki, İsmət Abbasov bu sahəni kurasiya etməkdən çəkinməlidir.

Artıq xeyli müddətdir ki, İsmət Abbasov gedib, yerinə Heydər Əsədov gəlib, hansısa ciddi dəyişiklik demirik, heç olmasa bu istiqamətdə atılmış diqqətəlayiq bir addım gördünüzmü? Yenə yeyinti, yenə fermerlər narazı, yenə texnika verilmir, yenə subsidiyalar mənimsənilir, yenə kəndli yenə şəhərə gəlib ucuz kirayə evlərdə qalır və tikintilərdə fəhləlik edir.

Yaxud bazarda araba sürür. Təəssüf ki, qarşılaşdığımız mənzərə yaxın gələcəkdə də yaxşı heç nə vəd etmir. Üstəlik, indi qeyri-peşəkarların bu sahəyə rəhbərlik etdiyi barədə ittihamlar səslənir.

Şərhlər

XƏBƏR LENTİ