XalqXəbər.Az

Azəriqaz”ın yarıtmaz fəaliyyəti və ya “Qaynar xətt”in soyuq işçiləri...

Azəriqaz”ın yarıtmaz fəaliyyəti və ya “Qaynar xətt”in soyuq işçiləri...
4-05-2017, 14:22

“Azəriqaz” İstehsalat Birliyində istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, neqativ halların aradan qaldırılması, şəffaflığın təmin olunması, xidmətə nəzarətin gücləndirilməsi və yaranmış problemlərin aradan qaldırılması məqsədilə “Çağrı Mərkəzi” xidməti fəaliyyət göstərir.
Siz 104 və 185 nömrəli “qaynar xət”lərə zəng vuraraq, səsli menyunun köməyi ilə müvafiq düymələrdən birini seçərək, öz müraciətlərinizi ünvanlaya bilərsiniz:
“104 nömrəli telefona zəng etməklə təbii qaz təchizatı ilə bağlı olan suallarınıza cavab ala bilər, həmçinin, qaz sızması və qəza hadisələri haqqında məlumatları xəbər verə bilərsiniz.
185 nömrəli telefona zəng etməklə texniki məsələlərlə bağlı şikayət, irad və təkliflərinizi bildirib, təbii qaza görə yaranan borcunuzu öyrənə bilərsiniz”.
Qurumun rəsmi internet səhifəsində verilən bu açıqlamada bildirilir ki, sistemin köməkliyi ilə daxil olan zənglər avtomatik qaydada qeydiyyata alınaraq, yerli qaz istismar sahələrinə elektron formada göndərilir. Bu isə öz növbəsində daxil olan şikayət və ya təkliflərin dərhal araşdıraraq həll edilməsində müsbət rol oynayır.
Bunları oxuduqca qurumun bu cür fəaliyyətini alqışlamaq istəyirsən, ta ki, 104 və 185-ə “iş”in düşənə kimi...
Məsələ burasındanadır ki, “qaynar xətt”ə zəng vuranda ya musiqi dinləməli olursan, ya da uzun müddət sonra telefona cavab verən xanımın laqeydcəsinə qeydə aldığı şikayətin günlərlə həll olunmadığına əsəb sistemin korlanır. Axı “qaynar xətt”ə buz kimi adamları niyə otuzdurublar?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov problemlə bağlı çox sayda şikayətlər aldığını bildirib:
“Mən hazırda seçicilərimi qəbul edirəm və onlar mənə “Azəriqaz”la bağlı çoxlu şikayətlər edirlər. Demək olar ki, seçicilərimin əksəriyyətinin şikayəti “Azəriqaz”dandır. “Azəriqaz”la bağlı dövlət başçısının sərəncamları və müəyyən proqramlar var. Onların hamısı yerinə yetirilməlidir. Azərbaycan qaz ixrac edən ölkədir. Onun qazla bağlı niyə şikayəti olmalıdır ki? Belə problem olmamalıdır. Həmin problem “Azəriqaz”ın və strukturunun tərkibindədir. Onlar işlərinə məsuliyyətli yanaşmırlar. Ona görə də belə problemlər yaranır”.
Parlamentin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli deyib ki, “Azəriqaz”ın yaıtmaz fəaliyyəti nəticəsində çox sayda insan öz həyatını itirib:
“Onların öz işinə laqeyid yanaşması insanları illərlə ağrıdan faciələrə yol açır. Hazırda mənim yanımda birinci müavinim Abdulvahab Manafov var. O da bu faciəni yaşayanlardandır. Onun oğlu toyuna bir gün qalmış qaz sızmasından dünyasını dəyişdi. Çox böyük faciədir. Bu gün Adbulvahab bəy heç bir şənliyə getmir, o çox ağır travma alıb.
Mən həm həm o mərhum gəncin nişanlısını və həm də Abdulvahabı hər dəfə görəndə bədbəxt hadisəni yenidən yaşayıram. Biz istəmirik ki, başqalarının da övladı bu şəkildə dünyasını dəyişsin. Qaz kəsilir, sonra qəfildən, həm də yüksək təzyiqlə verirlər, partlayışlar olur, insanlar ölür, qəza xidmətləri operativ reaksiya vermirlər. Hətta saatlarla “qaynar xətt”ə cavab verən olmur. Bu məsələ bir neçə ay əvvəl dövlət səviyyəsində müzakirə olundu. Görünür ölkə başçısının bununla bağlı ciddi tapşırığı olub. Əgər belə olmasaydı, SOCAR rəhbərliyi bu qədər struktur dəyişikliyinə getməzdi. Çox sayda idarə və regional qurumların rəhbərlərini, strukturla başçılıq edənləri, qaz sistemində çalışan digər vəzifəli şəxsləri işdən azad etdilər. Mən ümid edirəm ki, bu dəyişikliklər davam etməli və effektli nəticə ortaya qoyulmalıdır. Hətta mən yaxın vaxtlarda SOCAR rəhbərliyilə görüşüb, bu məsələni qaldıracam”.

Modern.azскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.