SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “14 yaşlı uşağı həbs edərlər?” - Oğlu "Porsche" ilə adam öldürən iş adamı

“14 yaşlı uşağı həbs edərlər?” - Oğlu "Porsche" ilə adam öldürən iş adamı

Tarix:

4-05-2017, 13:10

/ 140 274 dəfə oxundu.
“14 yaşlı uşağı həbs edərlər?” - Oğlu "Porsche" ilə adam öldürən iş adamı

Dünən saat 16:00 radələrində "Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vurularaq öldürülməsi barədə xəbər vermişdik.
Məlum olub ki, hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur.
F.Fərəcov hadisə ilə bağlı danışıb. O, bildirib ki, hazırda araşdırma aparılır:
"Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.
Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, "14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?...”-deyə qeyd edib.
"Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.

Unikal.org

Şərhlər

XƏBƏR LENTİ