SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kartof sahələrində xəstəlik yayılıb

Kartof sahələrində xəstəlik yayılıb

Tarix:

23-04-2017, 19:55

/ 51 844 dəfə oxundu.
Kartof sahələrində xəstəlik yayılıb

Tovuzda kartof sahələrində xəstəlik yayılıb.

Rayonun Alakol kəndində iki fermerin əkin sahəsində torpağa basdırılan bitkilər məhv olmaq üzrədir.

Kəndlilər deyir ki, illərdir təsərrüfatla məşğul olsalar da, sahələrdə belə vəziyyətə rast gəlinməyib. Təsərrüfatçılar xəstəliyin məhsuldarlığa ciddi ziyan vuracağından narahatdırlar.

Fermer Mübariz Abbasov bildirib ki, 10 hektar sahədə 2 həftədən çoxdur, kartofun yarpaqları saralıb, toxumu isə qaralaraq məhv olub. Fermer sahələrdə yayılan xəstəliyin mənşəyinin bilinmədiyini və bu səbəbdən aparılan dərmanlama işlərinin də təsir göstərmədiyi deyib.

Şərhlər

XƏBƏR LENTİ