SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Divarlardakı çatlar adamın üstünə gəlir" - Yasamalda daha bir təhlükəli bina

"Divarlardakı çatlar adamın üstünə gəlir" - Yasamalda daha bir təhlükəli bina

Tarix:

20-04-2017, 16:53

/ 88 225 dəfə oxundu.
"Divarlardakı çatlar adamın üstünə gəlir" - Yasamalda daha bir təhlükəli bina

Yasamal rayonu ərazisindəki keçmiş Dənizçilər yataqxanasında məskunlaşan köçkün Vüsalə Rüstəmova deyir ki, 25 ilə yaxındır, uçuq-dağıq və binada yaşamaq köçkünləri cana yığıb. Bir müddət əvvəl köçkünlər yolu bağlayaraq yataqxana binasının ya təmirini, ya da başqa yerə köçürülmələrini tələb ediblər. Nəticədə binada bəzi kosmetik təmir işləri aparılıb.
“Bizi sakitləşdirmək üçün yalandan ora-bura rəng çəkdilər, getdilər. Onlar gedəndən sonra rənglər də qopub töküldü. Halbuki, bina başımıza uçur. Yuxarı mərtəbədəki tualetdən düz yatdığımız yerə divardan sidik süzülüb gəlir”.
Köçkün Nüşabə Məmmədova deyir, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri bir neçə dəfə yataqxanaya gəliblər. Köçkünlərə səbirli olmağı tövsiyə edib gediblər: “Bir təmir işi gördülər ki, heç iki ay keçmədi, tavan dağıldı, yağış yenə başımıza tökdü. Hamam yox, tualet pis vəziyyətdə, mətbəx də həmçinin... Hansını deyəsən... Divarlardakı çatlar adamın üstünə gəlir”.
Köçkünlərin deməsinə görə, binadakı rütubət, zirzəmiyə yığılan çirkab su, əsasən, qocaların və uşaqların sağlamlığına təhlükə yaradır. Bir neçə ailənin azyaşlı üzvü sağalmaz xəstəliyə tutulub.
Köçkünlər deyir, onları susdurmaq üçün guya təmir işləri aparmış hökumət nümayəndələri binadakı kommunikasiya xətlərini dəyişməyi "unudublar". Sovet vaxtından qalmış işıq xətləri qəzalı vəziyyətdədir, hər an ölüm saçır. Kanalizasiya xətləri çürüdüyündən çirkab sular dəhlizlərə, binanın zirzəmisinə və binanın qarşısına yığılır.
Yasamal rayon icra hakimiyyətindən bildirilib ki, qeyd olunan binada bu yaxınlarda yenidən təmir işləri başlanacaq. "Binanın sökülməsinə ehtiyac yoxdur. Əsaslı təmirə ehtiyac var. Köçkünlər bir müddətlik başqa yerə daşınmalıdılar ki, orada əsaslı təmir başlansın. Üstəlik də, prezidentin tapşırığı var, bundan sonra inşa olunacaq köçkün şəhərciklərinə yataqxanalarda məskunlaşmış köçkünlərin yerləşdirilməsi nəzərdə tutulub. Ola bilsin ki, bu yataqxana da həmin siyahıya düşdü", – qurumdan bildirilib.

Şərhlər

XƏBƏR LENTİ