SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Həkimlərin rüşvət fantaziyası geniş olan xəstəxana-1 saylı Kliniki Tibbi Mərkəz

Həkimlərin rüşvət fantaziyası geniş olan xəstəxana-1 saylı Kliniki Tibbi Mərkəz

Tarix:

18-04-2017, 13:51

/ 72 707 dəfə oxundu.
Həkimlərin rüşvət fantaziyası geniş olan xəstəxana-1 saylı Kliniki Tibbi Mərkəz

Son illərdə rəhbərliyi ən çox dəyişilən tibb müəssisələrindən biri xalq arasında "Semaşko xəstəxanası" kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzidir. Paytaxtın ən iri və nüfuzlu xəstəxanalarından olan KTM- də 30 min adama stasionar, 50-60 min adama ambulator yardım göstərilir. Burada 1919 əməkdaş çalışır. Mərkəz dövlət tibb müəssisəsi olmaqla, rəsmən heç bir pullu xidmət yoxdur.
Baş həkim Ədalət Dadaşovun dediyinə görə, böyük planları var - idarıetməni asanlaşdırmaq, ştat şişirtməsinin qarşısını almaq, dövlət büdcəsindən ayrılan vəsaitə qənaət etmək, göstərilən xidmətin effektivliyini artırmaq və optimallaşdırmaq üçün struktur dəyişikliyi həyata keçirmək və s. Amma burada korrupsiya elə dərin kök salıb ki, nəinki Ədalət Dadaşov, heç Nikolay Aleksandroviç Semaşko özü də dirilib gəlsə, rüşvətxorluğa son qoya bilməz. Baş həkim özü də KiV-ə verdiyi müsahibələrindən birində etiraf edib ki, əgər maaş insanı qane edirsə, deməli, o adamda qüsur var. Boynuna alıb ki, 590 manat maaş ona bəs eləmir, çünki fantaziyaları genişdir. Deyib ki, ara-sıra xəstələrdən rüşvət istəyən tibb işçiləri aşkarlanarsa, nöqsana yol verən həmin şəxsdən izahat alınır, lazım olanda töhmət verilir, xəbərdarlıq edilir, hətta müəyyən müddətə işindən uzaqlaşdırılır.
Amma məsələ burasındadır ki, baş həkimin "ara-sıra" müşahidə etdiyi bu tip "nöqsanlar" çoxluq təşkil etməyə başlayıb və artıq ciddi narazılıqlara səbəb olmaqla bu xstəxanaya yolu düşən hər kəsin elə ilk baxışdan diqqətini çəkir. Məsələn KTM-nin I korpusunda yerləşən poliklinikada ÜSM, EKQ və rentgen müayinəsindən keçmək məqsədilə "çağırış vərəqəsi" ilə gələn, həqiqi hərbi xidmətə yollanmaq üzrə olan gənclərədə qarşı korruptiv davranış sərgilənir. Onların əyinlərinə-başlarına diqqət yetirilir, imkanlı ailənin övladı təsiri bağışlayanlardan 10 manat, ortabab görünənlərdən 5 manat tələb olunur. Kasıb uşaqlarına isə "nə verərsən - verərsən" deyilir. Ultrasəs müayinəsi (ÜSM) aparan rusdilli qadın həkim pul mistəyəndə əsla heç kimdən çəkinmir.
Bütün bunlarla bağlı KTM rəhbərinin müavini Adil həkimlə əlaqə yaradıb münasibətini bildirməsini xahiş etdikdə, bizə "gedin, nə istəyirsiniz-yazın" cavabını verməklə kifayətləndi. Biz isə gördüyümüzü yazdıq.

Şərhlər

XƏBƏR LENTİ