SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tovuzda müəllim şagirdləri uşaqların gözü qarşısında belə döyür - VİDEO

Tovuzda müəllim şagirdləri uşaqların gözü qarşısında belə döyür - VİDEO

Tarix:

18-04-2017, 10:01

/ 44 942 dəfə oxundu.
Tovuzda müəllim şagirdləri uşaqların gözü qarşısında belə döyür - VİDEO

Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib.
xalqxeber.az xəbər verir ki, Xəzər TV-nin əməkdaşları məsələni araşdırmaq üçün həmin kənddə olub və hətta elə həmin müəllimin özü ilə görüşüb. “Şagirdləri niyə döyürsüz” sualına aldığımız cavab isə xeyli təccüblü olub.
Şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür.
Görüntülər Tovuz rayonu Qalaboynu kənd məktəbində çəkilib. Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdu. Məsələni araşdırmaq üçün həmin məktəbə üz tutub elə həmin müəllimin özünü tapdıq. Görüntülərin montaj olduğunu iddia edən müəllim ittihamlarla razılamadı.
Mövsüm Sadıqov bildirib ki, o heç bir halda şagirdlərə zor tətbiq etmir.
Müəllim hər nə qədər ittihamları qəbul etməsə də, görüntülər ortadadır.
Məsələ ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Rayon Təhsil Şöbəsinin mövqeyini öyrənməyə çalışdıq.
Təhsil Nazirliyindən məsələyə Rayon Təhsil Şöbəsinin mövqe bildrəcəyi deyilib. Gün ərzində əməkdaşımızın cəhdinə baxmayaraq Rayon Təhsil Şöbəsindən məsələyə münasibət almaq mümkün olmadı. Nazirlik isə öz növbəsində “məsələni araşdıracağıq” cavabı ilə kifayətlənib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ