SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » MTRŞ hüquq-mühafizə orqanlarına müraciət etdi

MTRŞ hüquq-mühafizə orqanlarına müraciət etdi

Tarix:

18-04-2017, 09:36

/ 41 792 dəfə oxundu.
MTRŞ hüquq-mühafizə orqanlarına müraciət etdi

Bakıda çoxmərtəbəli yaşayış binalarında qanunsuz kabel televiziyası yayımı ilə məşğul olan şəxslərlə bağlı lazımi tədbirlər görülür.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi qəbul olunduqdan sonra bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslərə qarşı ciddi tədbirlər görüləcək: “Bilirsiniz ki, “Kabel televiziyaları haqqında” qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsində müzakirə olunub və həmin qanun qəbul olunduqdan sonra qanunsuz kabel televiziyaları ilə bağlı tədbirlər sərtləşdiriləcək”.

MTRŞ sədri əlavə edib ki, qanunsuz kabel televiziyaları ilə bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyinə də müraciət edilib.

N.Məhərrəmli bildirib ki, əhali də bu istiqamətdə diqqətli olmalı, kabel televiziyalarına qoşularkən onun qanuni olmasını tələb etməlidir.

Şərhlər

XƏBƏR LENTİ