SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Erməniylə əlaqəli “Araz-Plast” şirkəti əlillər evini necə zəbt edib

Erməniylə əlaqəli “Araz-Plast” şirkəti əlillər evini necə zəbt edib

Tarix:

18-04-2017, 09:08

/ 42 504 dəfə oxundu.
Erməniylə əlaqəli “Araz-Plast” şirkəti əlillər evini necə zəbt edib

MTN işində zərər çəkən qismində tanınan “Araz-Plast” şirkəti haqda maraqlı məlumatlar var
Media üzərindən əldə etdiyimiz xəbərə görə, hələ 2004-cü ildən Nərimanov rayonunda əlil və şəhid ailələrinə Təbriz küçəsində tikiləcək ev üçün torpaq sahəsi ayrılmışdı.
Hansısa yüksək çinli məmurun ona gözü düşüb və dövlət sifarişi ilə ayrılan torpaq sahəsinin yeri Əhməd Rəcəbli küçəsinə dəyişdirilib.
Bu dəfə də hansısa məmurun həmin əraziyə gözü düşüb və dəhşətli korrupsiya əməliyyatı sonucunda ayrılan 36 sotluq torpağın 80 faizi işğal olunub.
Ən dəhşətlisi odur ki, layihədə dörmərtəbəli, 36 mənzilli əlil və şəhid ailələri üçün nəzərdə tutulan binanın yerində kommersiya obyekti tikilib.
Müraciət edənlər evin yerində tikilən obyektdən söhbət açılmadığını görüb, obyektin vergi orqanında kimin adına qeydə alındığına cavab istəyiblər.
Vergilər Nazirliyi əlüstü obyektdə operativ vergi nəzarəti keçirib, əhali ilə nağd pul hesablaşmaarının aparılması qaydalarının pozulması faktı aşkar ediblər.
Bildiriblər ki, “Əlillər evi”nin yerində inşa edilən obyekt “Araz Plast” MMC-yə məxsusdur.
Hazırda həmin şirkətin adı MTN işində gedir.
Belə ki, Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Zərərçəkmiş Elman Muradov ifadəsində bildirib ki, “Araz-Plast” şirkətinin təsisçisi və Türkiyədə təsis etdiyi “Elbor” şirkətinin direktorudur.
“2014-cü ilin sentyabr ayında Gürcüstanda sərgidə idik. Bizim stendə çox qəribə tərzdə bir neçə azərbaycanlı yanaşdı və daha çox mənim şəxsiyyətimlə bağlı suallar verdilər. Həmin vaxtlar mənə bir xarici telefon nömrəsindən zənglər daxil olmağa başlamışdı.
Əvvəlcə elə bildim ki, zəng edən Makedoniyadandır. Çünki rus dilində danışır və nömrəsinin kodu 3 rəqəmi ilə başlayırdı. Sonradan isə məlum oldu ki, zəng edən Artur adlı şəxs ermənidir”, – E.Muradov deyib.
“Mənim Türkiyə telefon nömrəmə zəng edən şəxs Ermənistana Gürcüstan vasitəsilə məhsul göndərilməsini xahiş edirdi.
Ona bildirdim ki, Türkiyə ilə Ermənistan arasında bank köçürmələri mümkün deyil, buna görə də, belə əməliyyatları həyata keçirmək olmaz”, - zərərçəkmiş sözlərinə davam edib.
Elman Muradov ifadəsində qeyd edib ki, Hövsanda yerləşən istehsal sahəsinə yüksək gərginlikli elektrik xətti çəkdirmək istəyib və qonşuluqda yerləşən beton zavodunun müdiri olan Yalçın adlı şəxs bu işi MTN-də işləyən Natiq Alıyevin həll edə biləcəyini bildirib.
“Bundan sonra Natiq müəllimlə telefonla danışdım və o, məni MTN-in yaxınlığındakı “Sultan” kafesinə dəvət etdi. Söhbət zamanı mən ermənilərlə işbirliyində ittiham olundum. Bir xeyli araşdırmadan sonra şirkətin ofislərinə baxış keçirildi.
Zığda yerləşən sexdə seyfdən təqsirləndirilən Zaur Məmmədovla Natiq Alıyev 80 min manat pulu götürdülər. Həmin gündən sonra məni 3 gün MTN-də saxladılar və daha sonra sərbəst buraxdılar”, – Elman Muradov qeyd edib.
Elman Muradovun qardaşı, şirkətin Zığdakı istehsal sahəsində sex rəisi işləyən şahid Sərdar Muradov ifadəsində qeyd etdi ki, sexdə axtarış vaxtı təqsirləndirilən Natiq Alıyev özünü çox aqressiv aparıb və tapançasını çıxararaq, nümayiş etdirib.
Təqsirləndirilən Füzuli Əliyev epizod üzrə bütün şahidlərin ifadəsi dinlənildikdən sonra bu məsələ ilə bağlı geniş ifadə verəcəyini bildirdi: “Bu, çox prinsipial epizoddur, Xahiş edirəm, məhkəmə ifadəmi verdiyim vaxt Elman Muradovun burada olmasını təmin etsin”.

Şərhlər

XƏBƏR LENTİ