SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xəzərdən daha bir neftçinin meyiti tapıldı

Xəzərdən daha bir neftçinin meyiti tapıldı

Tarix:

11-04-2017, 15:59

/ 60 044 dəfə oxundu.
Xəzərdən daha bir neftçinin meyiti tapıldı

Aprelin 9-da dənizdə aşkar edilən kişi meyitinin itkin düşən neftçiyə aid olduğu müəyyənləşib

Axtarış - Xilasetmə Qərargahından verilən məlumata görə, həyata keçirilən axtarış - xilasetmə əməliyyatları nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində "əmtəə operatoru" vəzifəsində çalışmış 1967 - ci il təvəllüdlü Bəhramov Cavid Həyatxan oğluna məxsus olduğu müəyyən edilib.
.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ