SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda tanınmış müəllim “GRBS”ni məhkəməyə verdi

Bakıda tanınmış müəllim “GRBS”ni məhkəməyə verdi

Tarix:

11-04-2017, 14:56

/ 61 478 dəfə oxundu.
Bakıda tanınmış müəllim “GRBS”ni məhkəməyə verdi

Azərbaycanda “İELTS” imtahanlarında danışıq üzrə mütəxəssis işləyən Pakistan vətəndaşı Arpana Laute tədriz mərkəzi olan “GRBS”yə qarşı məhkəmə iddiası qaldırıb.
“GRBS İnternational Training Centre” MMC-də bir müddət müəllim kimi fəaliyyət göstərən A.Laute əmək haqqısını ala bilmədiyini iddia edib.
O, məhkəmədə müqavilə üzrə borcun və dəymiş zərərin ödənilməsini “GRBS”dən tələb edib.
İş üzrə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində qətnamə qəbul edilib. Qərara əsasən, A.Lautenin iddiası təmin edilib. Bundan sonra cavabdeh olan “GRBS” qərardan apellyasiya şikayəti verib.
İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyevanın sədrliyi ilə aprelin 13-də davam etdiriləcək.

Şərhlər

XƏBƏR LENTİ