SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident bu kəndlərin sakinlərinə müraciət etdi - Siyahı

Prezident bu kəndlərin sakinlərinə müraciət etdi - Siyahı

Tarix:

11-04-2017, 14:03

/ 59 928 dəfə oxundu.
Prezident bu kəndlərin sakinlərinə müraciət etdi - Siyahı

Nazirlər Kabinetinin ötən gün keçirilən 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında çıxış edən prezident İlham Əliyev ictimai nəzarətin gücləndirilməsi məsələsinə diqqət yetirib.

Prezident xüsusilə bu kontekstdəki çıxışında vurğulayıb ki, 2017- ci ildə kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün 270 kiçik layihə icra ediləcək. Bu təmizləyici qurğuların 170 kənddə quraşdırılması “Azərsu” ASC-nin, 100 kənddə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmin ediləcək. Kəndlərin adları da sərəncamda qeyd olunub.

Ölkə başçısının sərəncamda adları qeyd olunan kənd sakinlərindən xahişi odur ki, layihələrin icrasına nəzarət etsinlər və əgər işlər görülmürsə, bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarına və Prezident Administrasiyasına məlumat versinlər: “Əlbəttə ki, əgər o işdə hansısa bir qüsur olarsa, buna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaqlar”.

Qeyd edək ki, sözügedən sərəncam bu ilin mart ayının 17-də imzalanıb. Sərəncamın icrası məqsədilə “Azərsu” ASC-yə 14 milyon manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə isə 16 milyon manat vəsait ayrılıb.

Sərəncamın icrası ilə bağlı işlərin necə getdiyini öyrənmək üçün adı çəkilən qurumlardan münasibət öyrəndik.

“Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, sərəncamda qeyd olunan 22 rayonun 170 kəndinə mövcud magistral kəmərlərdən və mənbələrdən su veriləcək: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi modul tipli su təmizləyiciləri 100 kənddə quraşdıracaq. “Azərsu” isə 170 kəndə su verəcək. Beləliklə, 270 kəndin su problemi ilin sonuna kimi həll olunacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədri Ramik Əşrəfov isə bildirib ki, hazırda konteynerlərin yığılması, tikinti materiallarnın tədarükü və onların quraşdırılması prosesinə başlanılıb: “Hazırlanmış qurğuların şüşələri artıq rayonlara daşınmaqdadır. Bu ilin sonuna kimi 100 kənddə modul tipli su təmizləyici qurğuların quraşdırılmasına nail olacağıq”.

Sərəncamda dərc olunan kəndlərin siyahısı ilə BURADAN tanış ola bilərsiniz.
“Qafqazinfo”

Şərhlər

XƏBƏR LENTİ