XalqXəbər.Az

Bakıda 100 manata ev almaq istəyənlər... - Verilmə tarixi açıqlandı

yüklənir...
Bakıda 100 manata ev almaq istəyənlər... - Verilmə tarixi açıqlandı
10-04-2017, 18:41
yüklənir...

Sosial mənzillərin verilmə tarixi açıqlanıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) verilən məlumata görə, ilkin mərhələdə Yasamal ərazisində tikilən sosial mənzillər yaxın bir ildə istismara veriləcək.

Ötən il bu binaların cari ilin sonu üçün istifadəyə veriləcəyi söylənilsə də, görünür müəyyən səbəblərdən iş ləngiyib. 2018-ci ilin əvvəli, yaxud da sonunda istifadəyə verilməsi ilə bağlı isə hələlik dəqiq məlumat yoxdur.

Xatırladaq ki, növbəti il ərzində istifadəyə veriləcək bu binalar ilk növbədə aşağıdakı şəxslərə veriləcək:

-Dövlət qulluğunun xüsusi növündə xidmət keçən
-Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən
-Fəlsəfə doktoru elmi dərəcəsi olan
-İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) )
-Elmlər doktoru elmi dərəcəsi olan
-Ən azı 15 il dövlət qulluğunda qulluq edən Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla)
-Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə.

Qeyd edək ki MİDA Azərbaycan Respublikasının Prezidenti 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılıb.

Sosila mənzillər əhaliyə aylıq 100-300 manatlıq kreditlə veriləcək.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.