XalqXəbər.Az

Bakı məktəbləri bağlanır? - Qərar gözlənilir

yüklənir...
Bakı məktəbləri bağlanır? - Qərar gözlənilir
10-04-2017, 16:25
yüklənir...

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə sayılı günlər qalıb.

İslam Oyunları ərəfəsində də əsas küçələrdə yerləşən məktəblərin fəaliyyətini dayandırması gözlənilirmi? Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehoğlu cebhe.info-ya açıqlamasında bu haqda danışıb.

O qeyd edib ki, bu qərarı yalnız nazirlik qəbul edəcəyi qərar deyil: “Bakı Şəhər İcra Hakimiyyəti, həmçinin bu oyunların təşkilatçı qurumları ilə birgə nazirlik arasında məktəblərin bağlanması müzakirə edilir. Hələlik ki, bu məsələ diqqət mərkəzində, müzakirə mərhələsindədir. Ola bilsin ki, gələn həftənin əvvəlində mediaya bu haqda məlumat verək”.
Qeyd edək ki, İslam Oyunları 12-22 may tarixlərində keçiriləcək.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.