SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda 1 il əvvəl vəfat edən şəxsi iclasa çağırdılar - Foto

Azərbaycanda 1 il əvvəl vəfat edən şəxsi iclasa çağırdılar - Foto

Tarix:

22-11-2019, 15:53

/ 892 dəfə oxundu.
Azərbaycanda 1 il əvvəl vəfat edən şəxsi iclasa çağırdılar - Foto

"Port-İliç Xidmət” Açıq Səhmdar Cəmiyyəti dünyasını dəyişmiş səhmdarı Natiq Əliyevə iclasda iştirak etmək üçün bildiriş göndərib.
Bu barədə məlumatı Yenisabah.az- jurnalist Ramin Deko verib. Jurnalist bildirib ki, Natiq Əliyev onun atasıdır və 1 il əvvəl dünyasını dəyişib.

“Atam 6 il yataq xəstəsi olub. Bircə dəfə də olsun evə belə bildiriş gəlməyib. Bir ilə də yaxındı dünyasın dəyişib. Deməli, sonuncu dəfə toplantı ən azı 7 il öncə olub. Birdən yadlarına düşüb ki, toplantı keçirmək lazımdır”, - deyə Ramin DEKO bildirib. Bildirişi təqdim edən jurnalist sözügedən ASC barədə hər hansı məlumata çalik olmadığını deyib.

Açıq mənbələrdə “Port-İliç Xidmət” ASC haqqında heç bir məlumat yoxdur. Güman etmək olar ki, bu ASC “Port-İliç Məişət” ASC ilə eyni qurumdur. 1997-ci ildə yaradılan bu ASC əhaliyə məişət xidməti göstərir.

Azərbaycanda 1 il əvvəl vəfat edən şəxsi iclasa çağırdılar - Foto

Şərhlər

XƏBƏR LENTİ