SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Ali Neft Məktəbinə YENİ TƏYİNAT

Bakı Ali Neft Məktəbinə YENİ TƏYİNAT

Tarix:

18-11-2019, 14:21

/ 754 dəfə oxundu.
Bakı Ali Neft Məktəbinə YENİ TƏYİNAT

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.

Ali Məktəbdən verilən məlumata görə, bununla bağlı rektor Elmar Qasımov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub. O, noyabrın 14-dən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə “525-ci qəzet”də başlayıb. Daha sonra, uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub. 2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, Mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə “Fəxri Fərman”larla təltif olunub. “İnformasiya Cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibidir.

Şərhlər

XƏBƏR LENTİ