SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda tanınmış tikinti şirkəti BÖLÜNDÜ

Azərbaycanda tanınmış tikinti şirkəti BÖLÜNDÜ

Tarix:

18-11-2019, 11:10

/ 1 043 dəfə oxundu.
Azərbaycanda tanınmış tikinti şirkəti BÖLÜNDÜ

“Şərur” Mənzil-Tikinti Kooperativi onun tərkibindən yeni “STİL TİKİNTİ 2019” Mənzil-Tikinti Kooperativinin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

2001-ci ildə yaradılmış "Şərur" MTK 123 min manat nizamnamə kapitalına malik olub. Şirkətin qanuni təmsilçisi İsfəndiyar Axundovdur.

2018-ci ilin Dekabr ayında “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi “Şərur” Mənzil-Tikinti Kooperativinə qoşulmuşdu. “Stil Tikinti” MTK isə ləğv olunduğunu elan etmişdi.

“Şərur” MTK isə “Stil Tikinti” MTK-nın ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan etmişdi.

2004-cü ildə yaradılmış “Stil Tikinti” MTK-nın qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovdur.

Beləliklə, 2018-ci ilin Dekabr ayında “Şərur” MTK-ya “Stil Tikinti” MTK olaraq birləşən şirkət 2019-cu ildə “STİL TİKİNTİ 2019” MTK adı ilə ayrılır.
Marja

Şərhlər

XƏBƏR LENTİ