SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yeni icra başçısı təyin edilən Yasamalda aksiya - “Sovetski” sakinləri etiraz edir

Yeni icra başçısı təyin edilən Yasamalda aksiya - “Sovetski” sakinləri etiraz edir

Tarix:

18-11-2019, 10:41

/ 1 605 dəfə oxundu.
Yeni icra başçısı təyin edilən Yasamalda aksiya - “Sovetski” sakinləri etiraz edir

Bakının “Sovetski” adlandırılan ərazisinin (Yasamal rayonu) sakinləri etiraz aksiyası keçirib...
Sakinlər Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına toplaşıblar.

Onlar sökülən evlərinə görə verilən kompensasiyanın məbləğindən narazıdırlar.

Sakinlər qeyd edib ki, mənzilin hər kvadrat metrinə 1 500 manat vəsait verilir, kvadratı kiçik evlərə verilən məbləğ artırılmalıdır: “Biz şəhərin mərkəzində yaşamışıq. Əldə etdiyimiz pula isə Bakının kənar yerlərində belə, mənzil ala bilmirik. Rayon icra hakimiyyətindən bizi qəbul edən yoxdur, dinləmirlər. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirik, xahiş edirik ki, bizə kömək etsinlər”.

Xatırlatma: Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Həmin vəzifəyə Elşad Eldar oğlu Həsənov təyin olunub. E.Həsənov bu təyinatadək Milli Məclisin Yasamal rayonundan seçilən deputatı olub.

pravda.az

Yeni icra başçısı təyin edilən Yasamalda aksiya - “Sovetski” sakinləri etiraz edir

Şərhlər

XƏBƏR LENTİ