SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tarif Şurası istiliyi də bahalaşdıracaq? - “Zərərlə işlədiyimizi göstəririk” - RƏSMİ CAVAB

Tarif Şurası istiliyi də bahalaşdıracaq? - “Zərərlə işlədiyimizi göstəririk” - RƏSMİ CAVAB

Tarix:

15-11-2019, 18:59

/ 807 dəfə oxundu.
Tarif Şurası istiliyi də bahalaşdıracaq? - “Zərərlə işlədiyimizi göstəririk” - RƏSMİ CAVAB

"Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev mətbuata açıqlamasında Azərbaycanda əhalinin istilik xidmətinə görə ödədiyi haqların şaxələndirilə biləcəyini deyib.

O, hazırda Azərbaycandakı istilik tariflərinin MDB ölkələri arasında ən aşağı səviyyədə olduğunu, ərazidən asılı olaraq fərqli tariflərin tətbiq edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, istilik tarifləri optimal nöqtəyə qədər qaldırılmalıdır.

“Azəristiliktəchizat” tariflərin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edibmi?

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Rafiq Əliyev məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında ilk növbədə istilik təchizatı sistemlərinin özəlləşdirilməsi məsələsinə toxunub və bildirib ki, bunun üçün hər şeydən əvvəl sistem modernləşdirilməlidir:

“Orada istilik təchizatı sistemlərinin dünya praktikasında özəlləşdirilməsi ilə bağlı İlham Mirzəliyevə sual verildi. İlham Mirzəliyev qeyd etdi ki, bugünkü tariflər maya dəyərindən bir neçə dəfə aşağı olduğuna görə heç bir sahibkara bunu özəlləşdirmək sərf etməz. İlk olaraq sistem modernləşdirilməlidir. Ümumilikdə tariflər də o səviyyəyə qaldırılmalıdır ki, qazanxana, istilik məntəqələrinin istilik təchizat obyektləri gəlirlə işləyə bilsin. Bundan sonra özəlləşdirilməyə doğru addımlar atıla bilər”.

Tariflərin artırılması məsələsinə gəldikdə isə Rafiq Əliyev vurğulayıb ki, bu kimi məsələlər Tarif Şurasının səlahiyyətindədir və Tarif Şurası qərarı onların müraciətinə əsasən yox, hesabatlara əsasən, qərar verir. Ona görə də heç bir müraciət edilməyib:

“Tarif məsələləri məhz Tarif Şurasının səlahiyyətindədir. Biz dövri olaraq hesabatlarımızı təqdim edirik. Məlum olduğu kimi, bizim hökumətin tarif siyasəti sosialyönümlüdür. Yəni ilk olaraq əhalinin sosial vəziyyəti nəzərə alınır. Amma biz hələlik qiymət artımı ilə bağlı müraciət etməmişik. Tarif Şurası hesabatlara baxıb qərar verir. Hazırda konkret müraciət yoxdur, gələcəkdə olub-olmayacağını isə zaman göstərəcək. Əslində, qərar bizim müraciətimizdən asılı olmayaraq qəbul edilir, hesabatlara əsaslanır. Onsuz da biz hesabatlarımızda zərərlə işlədiyimizi göstəririk. Amma bizim kiməsə göstəriş vermək səlahiyyətimiz yoxdur ki...”

Şərhlər

XƏBƏR LENTİ