SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin bir qrup sakini dövlət başçısına müraciət etdi... VİDEO

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin bir qrup sakini dövlət başçısına müraciət etdi... VİDEO

Tarix:

15-11-2019, 09:00

/ 1 796 dəfə oxundu.
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin bir qrup sakini dövlət başçısına müraciət etdi... VİDEO

Azərbaycan Respublikası Prezidenti

İlham Əliyev cənablarına



Surəti: Azərbaycan Respublikası Birinci Vitse-

Prezidenti Mehriban xanım Əliyevaya

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsində, baraklarda yaşayan sakinlər tərəfindən ( 070-855-00-18 )

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ :

Möhtərəm Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Yazıb Sizə bildiririk ki, biz 20 ildən çoxdur ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində baraklarda, taxta komalarda yaşayırıq. Çox acınacaqlı vəziyyətdə yaşasaq da heç bir vaxt dövlətə qarşı çıxmamışıq, bütün seçkilərdə bir nəfər kimi iştirak edib Ulu Öndər heydər Əliyevin siyasətinə səs vermişik, bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini dəstəkləyirik. Lakin bəzi məmurlar bizi dövlətimizdən, Prezidentimizdən incik salmağa çalışırlar. Kasıb daxmamızı da bizə çox görür, bu qışı bizi çöldə qoymaq istəyirlər. Bir müddətdir ki, Müdafiə Nazirliyinin H.Z.Tağıyev qəsəbəsi MİS bizim kasıb daxmalarımıza göz dikib burdan çıxartmaq istəyir. Sumqayıt şəhər Məhkəməsinə müraciət edib qətnamə də çıxarılmasına nail olublar. Bizim isə nə hüquqi savadımız var, nə də vəkil tutmağa maddi imkanımız. Onlar da bundan istifadə edirlər. İndi də həmin qətnaməni əllərində bayraq tutub hər gün polis, icra məmuru qalmır, üstümüzə salıb bizə hədə-qorxu gəlməklə evlərimizdən çıxartmaq istəyirlər. Bizə burda qanunsuz yaşadığımızı bildirirlər. Halbuki biz uzun illərdir burda kommunal haqları ödəyirik, övladlarımız burda məktəbə gedir, hətta qonşuluqda məhz Heydər Əliyev Fondunun dəstəyilə vətəndaşa ev tikilib verilib. İndi necə olur ki, biz qanunsuz yaşamış oluruq? Bütün dövlət qurumlarına müraciət etmişik, qəbullarında olmuşuq, ancaq bizi eşidən, dərdimizə qulaq asıb tədbir görən yoxdur. Xahiş edirik bizim səsimizi, yalvarışlarımızı, körpələrimizin fəryadını eşidin, bizi məmurların qarşısında tək və kimsəsiz buraxmayın, heç olmasa kompensasiya və ya yaşayış yeri ilə təmin olunmağımıza göstəriş verin. Bizim Sizdən başqa kimsəmiz yoxdur.

İmzalar 15.11.2019

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin bir qrup sakini dövlət başçısına müraciət etdi... VİDEO

Şərhlər

XƏBƏR LENTİ