SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Bakcell" şirkətinin yeni baş icraçı direktoru təqdim olunub - FOTO

"Bakcell" şirkətinin yeni baş icraçı direktoru təqdim olunub - FOTO

Tarix:

14-11-2019, 16:16

/ 939 dəfə oxundu.
"Bakcell" şirkətinin yeni baş icraçı direktoru təqdim olunub - FOTO

"Bakcell" şirkətinin yeni baş icraçı direktoru bu gün mediaya təqdim olunub.

Şirkətin baş icraçı direktoru Rainer Ratgeber tədbirdə jurnalistlərin suallarını cavablayıb.

Qeyd edək ki, Cənab Ratgeber Telekommunikasiya sənayesi və konsaltinq sahələri üzrə rəhbər vəzifələrdə 28 ildən çox peşəkar təcrübəyə malikdir. O, Xorvatiya və Pakistanda baş icraçı direktor vəzifəsində və kommersiya sahəsində digər rəhbər vəzifələrində çalışıb.

Rainer Ratgeber Bakcell qrupuna 2019-cu ildə qoşulub. Bundan əvvəl Pakistanda baş icraçı direktor, Orta Şərqin ən iri operatorlarından biri olan Etisalat qrupunda isə baş kommersiya direktoru vəzifəsində çalışıb. "Etisalat"dan əvvəl isə o, "Deutche Telekom" şirkətində müxtəlif beynəlxalq vəzifələri icra edib.
Cənab Ratgeber iqtisadiyyat üzrə Almaniyanın Passau Universitetinin diplomuna malikdir.

"Bakcell" şirkətinin yeni baş icraçı direktoru təqdim olunub - FOTO

Şərhlər

XƏBƏR LENTİ