SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı İqtisadiyyat və Humanitar Kollecində bacıların “rüşvət ansamblı” - ADLAR İDDİALAR

Bakı İqtisadiyyat və Humanitar Kollecində bacıların “rüşvət ansamblı” - ADLAR İDDİALAR

Tarix:

13-11-2019, 10:15

/ 863 dəfə oxundu.
Bakı İqtisadiyyat və Humanitar Kollecində bacıların “rüşvət ansamblı” - ADLAR İDDİALAR

Bakı İqtisadiyyat və Humanitar Kolleci rüşvət yuvasına çevrilməkdə ittiham edilir. Kollecin direktoru Rüxsarə Əliyeva bu təhsil ocağını market kimi idarə edir. Kollecdə hər şey direktorun "qiymət tas”ından asılıdır. Yəni, tələbələrdən toplanan pulların məbləği bazar məzənnələri ilə tənzimlənir.

R.Əliyevanın tələbələrdən müxtəlif adlar altında pul toplanması adi hal alıb. Dərsə gəlməyin və gəlməməyin öz qiymətləri var.

İmtahanlar zamanı əlin cibində olmasa növbəti kursa keçmək üçün heç bir şansın yoxdur. Bundan əlavə, kollecdə "ölü ştatlar” var. R.Əliyevanın qohum-əqrəbasının, dost-tanışının bir çoxunun adı kollecdə gedir.

Hər ay onlar üçün dövlət büdcəsindən maaş ödənilir və kollecdə bu şəxsləri tanımırlar. Nəticədə büdcə vəsaitləri talanır, müxtəlif adlar altında mənimsənilir.

Mediada yayılan xəbərlərdə bildirilir ki, kollec direktoru tələbələrdən alınan pulları bacısının əliylə toplayır. Bacısı isə kollecin kordiorunda gəzməklə duruma nəzarət edir və alış-veriş işlərini reallaşdırır.

Səhərdən axşama qədər əlində çanta ilə koridorda dolaşan sözügedən şəxsin Bakı İqtisadiyyat və Humanitar Kollecində işləməməsi isə bir ayrı mətləbdir.

Kollecin direktoru Rüxsarə Əliyeva Təhsil Nazirliyindən buraya transfer olunduqdan sonra qaydalarla yanaşı, durum da dəyişib.

Məlumatda deyilir ki, xanım Əliyeva təhsil naziri ilə yola getməsə də, hansısa sirrli əllər onu direktor postunda saxlayır. Həmin «sehirli əl» isə nəinki onu himayə edir, həm də bir sıra qanunsuzluqlara imza atmasını sığortalamaqla da məşğul olur.

O da vurğulanır ki, kollecin direktorunun digər qazancı müəllimlərdən aylıq almasıdır. Onlar hər ay Rüxsarə Əliyevanı «görmək»lə işlərinə davam edir və kimsəni saya salmırlar.

Amma xanım Əliyevanın bir başqa gəlir yeri də var. İddia olunur ki, direktorun şəxsi maraqları təmin olunduğundan kollecdə adı gedən, lakin özü məktəbin yolunu belə tanımayan 10-dan artıq müəllim də mövcuddur.

Əslində, nazir Rüxsarə Əliyevanı bu yerə sürgün edib. Onun bir səhvini taparaq, işdən çıxarmaq üçün də marıqda dayanıb. Və bunun gec-tez baş verəcəyi isə istisna deyil».

Bakı İqtisadiyyat və Humanitar Kollecində qəbuldan tutmuş, imtahanda qiymətlərin yazılmasına qədər hər şey pulladır.

Təsəvvür edin ki, bir vaxtlar direktor süpürgəçi Fazilə xanımın maaşını mənimsəyib. Rüxsarə Əliyevanın belə işləri çoxdur. Lakin ona qarşı hər hansı bir tədbir görülmür.

Təhsil Nazirliyinin baş verənlərə loyal münasibəti bir çox hallarda isə, susqunluğu müəllim adına xələl gətirən ünsirlərin əl-qol açmasına münbit şərait yaradır.

Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş verənlərlə bağlı daxil olan məlumatlara diqqət yetirərkən bir çox xoşagəlməz halların bu tədris-təhsil müəssisəsində də cərəyan etdiyinin şahidi olursan.

Media yazır ki, pu proseslərdə iqtisadiyyat və humanitar şöbələrinin müdirləri xüsusilə seçilir. Semest və dövlət imtahanlarının müxtəlif məbləğlərdə pulların tələb olunması kollecdə adi hala çevrilib.

Pul yığımı kompaniyası o qədər geniş vüsət alıb ki, bu proseslərə tədris hissə işləri üzrə direktor müavini İradə xanım, Həmkarlar İttifaqının sədri Tamara Rüstəmova da cəlb olunublar.

Kollecdə baş verənləri tam nəzarətdə saxlamaq üçün Rüxsarə Əliyeva daha da irəli gedəcək bacısı Sədaqət xanımı və qardaşı Elxanı ümumi nəzarət üçün yanına gətirib.

Direktorun qardaşı Elxan kadrlar və mühasibatlıq şöbəsinin işinə nəzarəti tam əlinə götürüb. Sədaqət xanım isə pul yığımı kompaniyasında həm iştirak edir, həm də ümumi prosseslərə nəzarət edir.

Diqqət cəlb edən məqamlardan biri də kollec direktoru Rüxsarə Əliyevanın ad günü münasibətilə müəllimlərdən pul toplamasıdır.

Kollec direktoru isə ittihamları rədd edir və razılaşmır, hər şeyin qaydasında olduğunu bildirir.

Qarşı tərəf kimi məqalədə adıçəkilən hər bir kəsin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

//7news.az//

Şərhlər

XƏBƏR LENTİ