SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bayram günü hava necə olacaq?

Bayram günü hava necə olacaq?

Tarix:

8-11-2019, 13:21

/ 791 dəfə oxundu.
Bayram günü hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 noyabrda gözlənilən hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Departamentidən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-21, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 9-10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Şərhlər

XƏBƏR LENTİ