SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident bu dəfə Saleh Məmmədova irad tutdu - “Şişirtmə rəqəmləri...”

Prezident bu dəfə Saleh Məmmədova irad tutdu - “Şişirtmə rəqəmləri...”

Tarix:

29-10-2019, 10:12

/ 1 189 dəfə oxundu.
Prezident bu dəfə Saleh Məmmədova irad tutdu - “Şişirtmə rəqəmləri...”

Prezident İlham Əliyev ötən gün Qəbələnin Böyük Əmili- Bılıx -Əmirvan avtomobil yolunun açılışında iştirak edib.
Açılış mərasimində ölkə başçısına görülmüş işlər barədə Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədov məlumat verib.

Bildirib ki, sözügedən yol bütövlükdə 15 km-dir: “Bu yol 11 yaşayış məntəqəsini birləşdirir. 10 min əhali yaşayır.

- Prezident İlham Əliyev: Əmirvan kəndindən o tərəfə yaşayış yeri yoxdurmu?

- Saleh Məmmədov: Burada yol da yoxdur, cənab prezident. 7 km yarım bir yol çəkilsə, Vəndam kəndinə gedib çıxmaq olar.

- Prezident İlham Əliyev: Bu layihə üzərində işləyin, onu edərik.

- Saleh Məmmədov: Digər investisiya proqramında nəzərdə tutulmuş Nic-Abrıx yoludur. Bu yol da 18 km-dir. Burada 40-a yaxın yaşayış məntəqəsi var.

- Prezident İlham Əliyev: Qəbələ rayonunda cəmi 60 kənd var. Sən deyirsən 40-a yaxın?

- Saleh Məmmədov: Bağışlayın, üzr istəyirəm, cənab prezident.

- Prezident İlham Əliyev: Mən bilirəm axı, Qəbələdə 60 kənd var. Şişirtmə bu rəqəmləri.

Şərhlər

XƏBƏR LENTİ