XalqXəbər.Az

Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət

Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
23-10-2019, 09:42

Bir neçə gün əvvəl redaksiyamıza Kooperasiya Kollecinin ingilis dili müəllimi Kərimova Sevda Davud qızı tərəfindən maraqlı müraciət (Yazı linki burada: http://bizimxeber.az/genc-muellime-eldar-quliyevden-birinci-vitse-prezidente-sikayet-unvanladi-komek-edin/) daxil olmuşdu. Müraciətdə xanım müəllimə ona qarşı edilən haqsızlıqlarla yanaşı, rəhbərlik tərəfindən təhqir olunduğunu bildirirdi. Təssüslər olsun ki, müraciət edən xanım bir neçə gün sonra ona edilən təzyiqlərə dözməyərək bu müraciətindən imtina edilməyə məcbur olmuşdu.

Bizimxeber.az kollektivi olaraq belə hallarla dəfələrlə rastlaşmışıq və bu anlamda şikayətçini yaxşı başa düşürük. Əlində olanı itirmək daha böyük qorxudur.

Amma sən demə 1993-cü ildən İdarə Heyətinin sədri vəzifəsinə seçilərək (?) hal-hazıra kimi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədri kimi çalışan, 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, ikinci, üçünçü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Aqrar siyasət komitəsinin sədr müavini olan Eldar Quliyev o qədər də türklər demiş “asan lokma” deyilmiş. Çünki redaksiyanın elektron ünvanına daxil olan daha bir müraciətdə yazılanları oxuduqca bu məmurun nəzarətindəki qurumda, Universitetdə, Kollecdə nələrin baş verdiyin anlamaq o qədər də çətin deyil.

Müraciət müəllifləri müəllimə Sevda Kərimovanın başına gətirilən müsibətdən ehtiyyatlanaraq adlarını qeyd etməyiblər. Amma faktlarla dolu olan müraciətin mümkün olan hissəsini oxuculara təqdim edirik.

Ondan başlayaq ki, Azərbaycan Kooperasiya Universitetinin nəzdində fəaliyyət göstərən Kooperasiya Kollecinə qardaşı qızı Fatimə Quliyeva illərdir rəhbərlik edir. Heç bir müəllimə və şagirdi adam yerinə qoymayan xanım direktor Kolleci “gestapo” rejimi ilə idarə edir.

Kollecdə direktor xanımın sağ əli sayılan Vaqif Mahmudov konkret “pul yığımı”nı həyata keçirən şəxsdir. Kollec daxilində heç bir tələbə pulsuz imtahan vermir və bunun üçün heç br şərait də yaradılmır. Rüb üzrə imtahanların qiyməti 300-400 manat bəzən də 500 manat civarında dəyişir.

Müəllim heyətini konkret təsir altında saxlayan direktor Fatimə Quliyevanın bir sözünü iki edən şəxs bir gün Kollecdə işləyə bilməz.

Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, ən təhlükəli vəziyyət isə tələbələrin yaranmış biabirçı vəziyyətdən bezməsi və qarşılığında rəhbərliyə “növbəti mitinqlərə biz də gedəcəyik” kimi mesajlar yaymasına başlanılıb. Lakin bu da nə xanım direktoru, nə də əmi Eldar Quliyevi narahat etmir.

Məlumatlarda qeyd olunur ki, Universitetdə vəziyyət Kollecin yanında toya-bayrama getməlidir. Son mitinq zamanı tələbələrə “kim mitinqə getsə dərhal qovulacaq” kimi mesajlar göndərilib. Eldar Quliyevin müşaviri, idarəedicisi və ən təhlükəli adamı Qara müəllimdir ki, müəllim heyəti onun adını belə çəkməyə ehtiyat edir.

Bildirilir ki, Qara müəllimin əli ilə bu il imtahanda balı çatmayan 100-dən artıq tələbə Universitetin müxtəlif fakultələrinə yerləşdirilib. Hazırda mitinqə gedən bir neçə tələbə ilə araşdırılma aparıldığı deyilən müraciətdə qeyd olunur ki, tələbələrin növbəti mitinqlərə qatılmaması üçün ciddi söhbətlər aparılır.

Konkret Eldar Quliyevə gəldikdə isə məlumatda onun böyük biznes şəbəkəsinin olduğu və zaman-zaman Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında çalışmış şəxslərin yüksək vəzifələrə təyin edilməsində əsas fiqurlardn biri olduğu qeyd olunur. İcra başçıları, nazirliklərdə müavin, əsasən təsərrüfat işlərinə nəzarət edən şəxslər onun nəzarəti altında çalışır.

Ən maraqlı məlumat isə Eldar Quliyevin dövlətə məxsus bazaları müxtəlif yollarla özəlləşdirərək daha baha qiymətə böyük şirkətlərə kirayə verməsi, nəzarətində çoxsaylı market və obyektlərin (siyahı barədə ətraflı məlumat veriləcək) olmasıdır.

Müraciətin sonunda müəlliflər Azərbaycan Kooperasiya Universiteti, onun nəzdində fəaliyyət göstərən Kooperasiya Kollecində ciddi yolxlamaların aparılmasını, müəllim və tələbələrə qarşı edilən haqsızlıqlara son quyulmasını ölkə Prezidenti İlham Əliyevdən xahiş edirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimxeber.azскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.