SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Texniki-Humanitar Liseydə davamiyyət problemi

Texniki-Humanitar Liseydə davamiyyət problemi

Tarix:

22-10-2019, 10:24

/ 1 248 dəfə oxundu.
Texniki-Humanitar Liseydə davamiyyət problemi

Bu yaxınlarda “Texniki-Humanitar Liseydə bazar qanunları” başlıqlı məqaləmizdə Bakının Nəsimi rayonundakı direktoru Səidə Zeynalova olan liseydəki korrupsiyadan konkret faktlarla bəhs etmişdik. Məlumat üçün bildirək ki, məqalə liseydə təhsil alan şagirdlərin valideyinlərinin redaksiyamıza verdiyi ilginc faktlar əsasında hazırlanmışdı. Qeyd edək ki, liseydə tədris ikinövbəlidir və ora qəbul beşinci sinifdən aparılır. Orada Azərbaycan və rus bölmələrində 44 sinifdə 1087 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 98 nəfər müəllim məşğul olur.
Texniki-Humanitar Lisey 2000-ci ildə fəaliyyətə başlayıb və keçmiş direktor Simuzər Əliyevanın orada apardığı “islahatlar” şagirdlər tərəfindən müsbət qarşılanmamışdı. Onun zamanında dəfələrlə liseydə etiraz aksiyası keçirilmişdi. Redaksiyamıza daxil olan məlumata görə liseyin əvvəlki direktoru təhsil müəssisəsini necə qoyub getmişdisə, yeni direktor vəziyyəti daha da pisləşdirib. Öz aləmində islahat apardığını düşünən Səidə Zeynalova əksinə yol verdiyi nöqsanlarla liseydə tədrisi, eyni zamanda təlim-tərbiyə prosesinin səmərəliliyini minimuma endirib. Şagirdlərin dərsə davamiyyəti sıfıra bərabərdir. Xüsusilə də 10-11-ci sinif şagirdləri repititor yanına getdiyinə görə demək olar ki, dərslərdə iştirak etmirlər. Nəyinsə müqabilində dərslərdən yayınırlar. Sözsüz ki, rüşvət olan yerdə nə təhsilin keyfiyyətindən, nə də şagirdlərin dərsə davamiyyətindən söhbət gedə bilməz.
Qeyd olunur ki, bəzi müəllimlər dərs saatlarının olmasına və əmək haqqı almalarına baxmayaraq, dərslərdə iştirak etmirlər. Bu siyahıda direktora yaxın şəxslər də var. Eyni zamanda şagirdlər də pul verərək aylarla dərsə gəlmirlər. Bu da müəllimlərin narazılığına səbəb olur. Bir sözlə, bütün bunlar ciddi qanun pozuntusu kimi qiymətləndirilməli və müvafiq qurumlar tərəfindən dərhal araşdırılmalıdır. Bundan başqa adı jurnalda olub özü dərsə gəlməyən şagirdlər var. Elə şagird də var ki, adı jurnalda yoxdur. Amma dərslərdə iştirak edir. Söhbətin nədən getdiyi isə hamıya bəlli oldu.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Teref.az

Şərhlər

XƏBƏR LENTİ