SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hadı Rəcəblinin obyektləri DSMF-ni aldadır?- Dadaşlinski haqlıymış...

Hadı Rəcəblinin obyektləri DSMF-ni aldadır?- Dadaşlinski haqlıymış...

Tarix:

21-10-2019, 00:07

/ 1 062 dəfə oxundu.
Hadı Rəcəblinin obyektləri DSMF-ni aldadır?- Dadaşlinski haqlıymış...

Deputat Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb. Millət vəkili kimi fəaliyyətinin son aylarına yaxın növbəti dəfə “quş” buraxıb

H.Rəcəbli Rusiyada yaşayan azərbaycanlıların Dövlət Sosial Müdafiə Fonduna ödənişlər etməli olduğunu söyləyib. Ona ən sərrast cavab iqtisadçı ekspert Qadir İbrahimlidən gəlib.

Q.İbrahimli H.Rəcəbliyə məsləhət görüb ki, əvvəlcə öz obyektləri qanunla müəyyən edilmiş qaydada DSMF-yə ödənişlər eləsin, sonra Rusiyadakı soydaşlarımızdan ödəniş tələb edər.

Cahan.info xəbər verir ki, H.Rəcəblinin obyektləri araşdırılsa nə vergi ödədiyi, nə sosial fonda ödəniş etdiyi məlum olacaq.

Necə ki, həmkarı İqbal Məmmədovun “Relax” istirahət mərkəzi vergidən yayınırdısa, H.Rəcəbliyə məxsus “Palıdlı sahil” istirahət mərkəzi də dövlətə ödənişlərdən yayınmaqdadır.

Onun qardaşı İqbal Rəcəbov tərəfindən idarə edilən “Mayak” otel-restoranı da vergilərdən yayınır. Çünki İ.Rəcəbov Lənkəranda maliyyə rəisidir və istədiyi əməliyyatları həyata keçirir.

H.Rəcəblinin “DNS” 7 mağazadan ibarət komputer şirkəti, Nizami küçəsində brend geyimlər mağazaları, “Sahil” metrosunun yaxınlığında 3 ticarət obyekti, Lənkəranda şadlıq sarayı DSMF-yə ayda nə qədər ödəniş edir?

Bu hesabatları verdikdən sonra deputat hansısa arqumentlə çıxış edə bilər. Üstəlik, H.Rəcəbli sosial siyasət komitəsinin rəhbəri kimi özünü və hökuməti ifşa edib.

Çünki Rusiyaya gedən azərbaycanlılar məhz işsizlikdən, aclıqdan şimal qonşumuza üz tutublar, bir tikə çörək dalınca gediblər.

Bax, buna görə İTV-dəki Dadaş Dadaşlinski H.Rəcəbliyə sual vermişdi: Sizi niyə söyürlər? Çünki özünü söydürən açıqlamalar verir, əhalini qızışdırır.

Ölkə parlamentində bir «sosial siyasət» komisiyası var və ona Hadı Rəcəbli sədrlik edir, hələ də ölkə əhalisinin sosial vəziyyəti qənaətbəxş deyil və əhalinin bir qismi hələ də «çörəkpulu» uğrunda ölüm-dirim mübarizəsi aparır.

Son günlər Hadı Rəcəblinin çıxışları, səsləndirdiyi bəyanatlar yumşaq desək, belə təsəvvür yaradır ki, o, Azərbaycan cəmiyyətinin maraqlarına cavab verməyən çalışmalarından əl götürməyib, əksinə, fəaliyyətinin antixalq mahiyyət və miqyasını bir qədər də genişləndirib.

Məsələn, bir neçə gün bundan əvvəl «patentli sədr» belə bir fikir səsləndirmişdi ki, əhalinin müəyyən qisminə dövlətin göstərdiyi sosial yardım, insanları ələbaxımlığa öyrədir.

Odur ki, bu yardımı ya ləğv etmək, ya də nağd pul şəklində yox, natura formasında (məsələn, qoyun) ödəmək lazımdır.

Sonradan isə Hadı Rəcəbli “natura ilə yardım vasitələri”nin siyahısını bir qədər də genişləndirərək, deyib ki, insanlara balıq yox, balıq ovlamaq üçün tilov vermək lazımdır.

Görünür, Hadı bəy hələ də fərqində deyil ki, dövlətin ödədiyi sosial yardım insanlara minik avtomobili və ya yaxta almaq üçün yox, acından ölməkdən xilas etmək üçün verilir.

Millət vəkili dedikdə, ilk növbədə xalqın müəyyən hissinin etimad göstərdiyi şəxs anlamı yada düşür və belə adam ən aşağı təbəqədə, yəni səfalətlə üzləşən seçicilərin dərdini incəliklərinə görə öyrənməlidir.

Lakin Hacı Rəcəbli sanki bütün bunları görmək istəmir və ortaya qoyduğu absurd arqumentlərlə camaatı qıcıqlandırır.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ